ÜÇBUCAQ
- Nəşriyyat: Qanun Nəşriyyatı
- Müəllif: Varis
Varis – ölkə sərhədlərindən kənarda kifayət qədər uğur qazanan Azərbaycan yazıçısıdır. Təkcə elə bu cari il üçün onun «Yanvarın 13 günü» kitabı Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının şort-listinə daxil olub, o, Antuan de Sent-Ekzüperi (Fransa) və Vladimir Nabokov (Rusiya) adına mükafatların, eləcə də YUNESKO-nun Slavyan Ədəbiyyat Festivalı (Polşa) ilə birgə təsis etdiyi Adam Mitskeviç medalının nominantıdır, The Hollywood reporter-in (ABŞ) nüfuzlu ənənəvi kinossenari müsabiqəsinin yekun mərhələsi iştirakçısıdır.
Türkiyədə 3, Rusiyada 2, Özbəkistanda 2, Amerikada 1 kitabı işıq üzü görən yazıçının «Üçbucaq» – Azərbaycanda çıxan sayca 10-cu kitabıdır. Qeyd edək ki, onun bütün əvvəlki kitabları ölkəmizdə bestsellerə çevrilib.
VARİS Üçbucaq (roman)
Bakı, Qanun Nəşriyyatı, 2016, 272 səhifə. 2000 tiraj
Çapa imzalanmışdır: 11.05.2016
Redaktor: Nadir Cəfərov
Korrektor: Aysel Məmmədova
ISBN 978-9952-36-219-0
© Qanun Nəşriyyatı, 2016
© Varis, 2016