Pişik beşiyi
AZN7,00 Normal Fiyat
AZN6,30İndirimli Fiyat
- Nəşriyyat: Yumruq Əbəbi Birliyi
- Müəllif: Kurt Vonnequt
- “Pişik beşiyi” romanı ən məşhur antiutopik əsərlərdəndir. Atom bombası haqqında kitab yazmaq istəyən Con material toplamaq üçün atom bombasının yaradılmasında iştirak etmiş Feliks Honnikerin üç uşağına məktub yollayır. Sonrakı hadisələr Karib dənizində yerləşən balaca San-Lorenso adasında davam edir. “Pişik beşiyi” bir uşaq oyununun adıdır.
Bu oyunda ip müxtəlif kombinasiyalarda barmaqlara dolanır.
Parodiya üslubunda yazılmış əsər tez-tez bizi güldürsə də, daha çox düşünməyə vadar edir. Əsərin qaldırdığı problemlər o qədər çoxdur ki, düşünməyə vaxt tapmırsan. Oxu zamanı hadisələrin kaleydoskopu vadar edir ki, mütaliəni yarımçıq saxlayıb özümüzə sual verək: “İndicə nə oxudum?” Bir müddət sonra əsərin ikinci oxunuşunda isə əsər sizə tamamilə başqa bir təəssürat yaradacaq, əsərin bütün mənzərəsi gözləriniz önündə canlanacaq.
Naşir : İlkin Tomar
Tərcüməçi : Səfər Alışarlı
Redaktor : Taleh Eminoğlu
Korrektor : Xan Abdulla
Dizayner : Sahil Amir