Berlin vaxtıyla
“B E R L İ N V A X T I Y L A” – intellektual azlıqlar üçün sevgi romanı
Siyasi fantaziya janrında olan roman kəskin siyasi hadisələr və cəmiyyətdəki ictimai-siyasi gərginlik fonunda cərəyan edən qanlı və həyəcanlı sevda olaylarından bəhs edir. Əsas hadisələr Almaniyanın Azərbaycandakı səfirinin oğlu Martel Vayninger ilə azərbaycanlı generalın qızı Banu Qorçuxanova arasındakı dramatik eşq əhvalatından ibarətdir. Hadisələr 2019-cu ildə cərəyan edir. 23 yaşlı Banu Berlin Humboldt Universitetinin Hüquq fakültəsində magistratura təhsili alır. 25 yaşlı Martel isə avtomobil sənayesində çalışır və sürət vampiridir. Yeni il gecəsi Banunun türk rəfiqəsi Özge Toprak axır ki, onu xoşlamadığı gecə əyləncələrinə qatılmağa razı salır. Gecə isə Trezor klubda dava düşür və professional karateçi Banu ona sataşan ərəb miqrantları şil-küt edir. Banunun şərqli gözəlliyi və davakar xarakteri Marteldə qəribə və dərin təəssüratlar yaradır. Hər şey də bundan sonra başlayır...
Romanın ən təsirli və dərində dayanan obrazı isə General Qorçuxanovdur. General Qorçuxanov bir tərəfdən yüksək çinli qəddar polis zabiti, bir tərəfdən arzularına çatmayan və arzularına çatmaq üçün qızından möhkəmcə yapışan ata, digər tərəfdən rahib qədər sədaqətli ər, başqa bir tərəfdən çirkin siyasi oyunların iştirakçısı olmaqla ziddiyətli və ziddiyətli olmağıyla da çox gerçəkçi bir xarakterə sahib obrazdır. Nifrət edilsə də, ürəklərə qorxu salsa da, oxucu ara-sıra generalın ruhunun dərinliklərində öləziyən bir parça işığı hiss edəcək.
Bundan başqa romanda alman səfir obrazında Rozlayn Vayninger, səfirin köməkçisi qismində isə məkrli qadın İzol Qreqa, generalın yaxın silahdaşı kimi Mayor Aslanov, Martelin dostu Aqustin Fişer, bacısı Hanna Vayninger, Berlindəki ərəb mafiyası Ğeyza`nın başçısı Hamzə və başqaları təsvir edilir.
Romanın sürükləyici gedişatı, sürprizlərlə dolu detektivvari fabulası var. Berlindən Bakıya uzanan, məhəbbətdən siyasətə, cinayətdən sənətə, xəyanətdən dirənişə qədər fərqli tonlarda irəliləyən süjet xətti çoxşaxəli xarakter daşıyır. Küçə davalarından adam oğurluğuna, insan ticarətindən terrora qədər “əkşn” dolu bu kitabdan azərbaycanlı oxucu yeni bir dad alacaq.
Detallar:
— Naşir: İlkin Tomar
— Dizayner: Sahil Amir
— Korrektor: Aysel Jabbar
— Ölçülər: 15sm x 21 sm
— Səhifə sayı: 250
kitabsifarisi.com olaraq metrolara,Sumqayıta,Naxcıvan MR və bütün rayonlara çatdırılma var !
Metrolara,Sumqayıt - 1azn
Əlaqə:wp(055)7146228
İnstagram:kitab_online_satis