BAŞQA BİR XOŞBƏXTLİK
- Nəşriyyat: Qanun Nəşriyyatı
- Müəllif: Mark Levi
Filadelfiya. 2010-cu ilin ilk yaz günü, həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə?
Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə paylaşırlar.
ABŞ-nın ştatlarında keçən 5 günlük yol… Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından şübhələnir.
MARC LEVY UNE AUTRE IDÉE DU BONHEUR
MARK LEVİ BAŞQA BİR XOŞBƏXTLİK
Bakı, Qanun Nəşriyyatı, 2015, 404 səhifə,
Çapa imzalanmışdır: 07.10.2015Fransızcadan tərcümə: Vüsalə Yarıyeva
Redaktor: Əziz Rzazadə
Korrektor: Reyhanə NəcəfovaISBN 978-9952-36-103-2