Atamın arzuları
“…Keniyada boşanan vaxtı kişilər istərsə uşaqları özləri ilə saxlaya bilərlər. Bu barədə anamdan soruşdum, ancaq onun üçün bu mövzuda danışmaq çox çətin idi. Yanlız bunu dedi ki, Qocanın yeni həyat yoldaşı başqa qadınla birlikdə yaşamaq istəmir. Anam fikirləşdi ki, heç olmazsa biz , uşaqlar Qoca ilə daha yaxşı şəraiti olan yerdə yaşayaq. Çünki o varlı idi. Həmin birinci il QOca doğrudanda yaxşılaşdı. O, Amerikanın neft sikəti ŞELL üçün çalışırdı. Müstəqillikdən bir neçə il sonra Qoca yüksək çinli hökümət nümayəndələri ilə əlaqə yaratdı. ONların çoxu ilə bir mıktıbı getmişdi.Vitze-prezident, nazir, hamısı evə gəlirdi. Bəzən omlar içki içir, siyasət haqda söhbət edirdilər. Onun böyük evi, böyük avtomobili vardı və hər kəs onunla münasibət yaradırdı. Çünki o gənc idi və artıq xaricdə təhsil almışdı. Üstəlik onun gözəl, amerikan həyat yoldaşı var idi. Ancaq buna baxmayaraq Qoca Ruz ilə evli olanda da hərdən mənim öz anamla görüşürdü. Sanki insanlara bunu nümayiş etdirib deyirdi ki, görürsünüz, nə vaxtsa gözəl afrikalı qadınada sahib olmuşam. BU müddət ərzində bizim dörd ayrı qardaşımız da doğuldu. Mark və Devid Ruzun bizim böyük evimizdə dünyaya gətiirdiyi uşaqlar idi. Abo və Bernard isə mənim anamın uşaqları idi və onunla yaşayırdılar. Roy və mən sonradan da Abo və Bernardı tanıya bilmədik. Onlar heç vaxt bizi görmək üçün evimizə gəlmirdilər. Qoca onlara baş çəkəndə həmişə Ruza demədən, tək gedirdi. Bu barədə çox fikirləşmirdim. Mənə görə hər şey yaxşı idi. Ruz, bizim yeni anamız kifayət qədər yaxşı idi. Bizimlə öz uşaqları kimi rəftar edirdi. Güman edirəm ki, onunda valdeyinləri zəngin idi və onlar bizə Birləşmiş Ştatlardan hədiyyələr göndərirdilər. Hər dəfə onlardan bağlama gələndə mən həqiqətən həyacanlanırdım. Ancaq yadıma gəlir ki, Roy bəzən onların hədiyyəsindən imtina edirdi. Hətta onlar bizə konfet göndərəndə də. Yadımdadır ki, bir dəfə Roy onlar göndərən şokalatdan imtina etdi, ancaq gecə mənim yatmağımı düşünüb şkafdan bir neçə dənə şokalad götürdü. Mən bunu görsəmdə heç nə demədim. Yəqin ki, onun xoşbəxt olmadığını bildiyim üçün. Sonra proseslər dəyişməyə başladı. Ruz, Mark ve Devidi dünyaya gətirəndən sonra münasibəti onlara doğru dəyişdi. Qoca amerikan şirkətini tərk etdi və dövlət işində , Turizim Nazirliyindı çalışmağa başladı. Ola bilsin ki, siyasətə can atırdı və ilk olaraq buna nail olmuşdu. Ancaq təxminən 1966-67-ci illərdə Keniyada daha ciddi fikir ayrılığı yarandı. Prezident Kenyatta ən böyük qəbilə olan Kikiyusdan idi. İkinci ən böyük qəbilə olan Luolar Kikiyusların bütün ən yaxşı işləri tutmuş olmalarından şikayətlənməyə başladılar. Hökumət intriqa ilə dolu idi. Vitse-prezident Odinga Luolardan idi və deyirdi ki, hökumət korlanmağa başlayıb. Müstəqillik uğrunda mübarizə aparan Keniya siyasətçiləri ona xidmət etmək əvəzinə, biznes məqsədi ilə ağ müstəmləkəçilərin yerini aldılar və torpaqları böldülər. Odinga öz partiyasını irəli çəkməyə cəhd etdi, ancaq Kommunist kimi ev dustağı olmağa məhkum edildi. Digər tanınmış Luolu nazir Tom M”boya Kikuyu quldurlar tərəfindən öldürüldü.Luolar küçələrə çıxın etiraz etməyə başladılar. Ancaq hökumət polisi onların qarşısını aldı. İnsanlar öldürüldü. Qocanın dostlarını çoxu sakitliyi qorudu və vəziyyətə uyğun yaşamağa çalışdı. Ancaq Qoca susmadı. O insanlara deyirdi ki, bu qəbiləçilik ölkəni uçuruma aparır və bu savadsız , ixtisasız insanlar ən yaxşı işlərdən yapışıb. Dostları onu bu hərəkətdən çəkindirməyə çəlışdı, amma O buna əhəmiyyət vermədi. Həmişə ən yaxşı işi gördüyünü düşünürdü. Vəzifəsinin qaldirilmasından imtina ediləndə, hümdür səslə şikayətini bildirmişdi. Siz necə mənim böyüyüm ola bilərsiniz ki, işinizin mahiyyətini hələ də mən sizə öyrədirəm- nazirlərdən birinə demişdi.Bu söz Kenyttaya çatdırıldı və Qoca prezident ilə görüşə çağırıldı. Bu görüşün dəqiq təsnifatını bilmirəm. Ancaq bildiyim odur ki, prezidentlə olan rəqabət Qoca üçün çox pis nəticələndi. O hökumət işindən qovuldu. Nazirliklərin heç biri ona iş vermək istəmədi. İş üçün müraciət etdiyi şirkətlərdə onu işə götürmək istəmədilər. Sonra Qoca xaricdə iş axtarmağa başladı və Əddis-Əbəbədə Afrika İnkişaf Bankına işə qəbul olundu. Elə həmin an hökumət inun pasportunu ləğv etdi və O hətta Keniyanı da tərk edə bilmədi. Nəhayət O, Su Departamentində kiçik vəzifəni qəbul etməli oldu. Hətta bu da dostlarının ona yazığı gəldiyi üçün mümkün olduş Bu onun üçün böyük zərbə idi. Qoca içkiyə başladı.Adamların çoxu artıq ona baş çəkmirdi, çünki indi Qoca onlar üçün dahs təhlükəli idi. Deyirdilər ki, əgər o üzr istəsə, öz münasibətini dəyişəsə , hər şey qaydasına düşə bilər. Ancaq o bundan imtana etdi və fikrindəkləri danışmağa davam etdi.Bunların çoxusunu yalnız böyüyəndən sonra başa düşdüm.O vaxtlar gördüyüm sadəcə o idi ki, evdəki həyat çətinləşməyə başlayıb. Qoca söyüşdən başqa mənə və Roya heç nə demirdi. Evə çox gec, sərxoş vəziyyətdə gəlirdi və mən onun bişirdiyi yeməyə görə Ruza qışqırdığınıda eşitmişdim. Ruz Qocanın bu çür dəyişməsindən çox gəzəblənirdi. Bəzən o evdə olmayanda Ruz mənə və qardaşıma deyirdi ki, atamız dəli olub və onun buna görə bizə yazığı gəlir. Ehtimal ki, bu fikirlə razılaşdığım üçün Ruzu günahlandırmırdım. Ancaq hiss edirdim ki, o bundan xeyli əvvəl, öz oğlanlarə dünyaya gələndən sonra bizimlə onlardan fərqli davaranırdı. Roy və mən hiss etməyə başladıq ki, artıq heç kimə lazım deyilik. Ruz atamı tərk edəndə bu hisslərin həqiqətəndən çox uzaqda olmadığını anladıq. O gedəndə mənim on iki, on üç yaşım olardı. Sonra Qoca ciddi avtomobil qəzasına düşdü. Demək olar ki, bir ilə yaxın, uzun müddət xəstəxanada qaldı. Roy və mən öz başına yaşadıq. Nəhayət Qoca xəstəxanadan çıxdı. O Havaya, sənə və anana baş çəkməmişdən qabaq bizə dedi ki, siz ikinizdə onunla geri qayıdacaqsınız və bundan sonra biz xüsüsi bir ailə olacayıq. Ancaq o qayıdanda siz yanında yox idiniz. Daha da pisi o idi ki, Qoca indi Su Departementində olan işini də itirmişdi və bizim yaşamaq üçün yerimizdə yox idi. Bir müddət qohumların yanında var-gəl etdik, ancaq nəticə etibarı ilə onlarda bizi pərt edirdilər, çünki özləridə narahat olurdular. Sonra bizi şəhərin qarışıq bir tərəfində özümüzə ev tapdıq. Dəhşətli vaxtlar idi.Qocanın çox az pulu qalmışdı. O ərzaq almaq üçün qohumlarından borc alırdı. Bu onu daha xəcalətli etdiŞ əhval-ruhiyyəsi daha da pisləşdi. Bütün əziyyətlərimizə baxmayaraq o Roya və mənə səhv etmiş olduğumu heç vaxt etiraf etməzdi..Roy və onun arasında olan münasibət daha pis, daha dəhşətli idi. Nəhayət Roy çıxıb getdi və evə gəlmədi. O müxtəlif insanlarla yaşamağa başladı. Beləliklə mən qoca ilə tək qaldım…
…Sonra Kenyatta öldü və atamız birtəhərdə olsa hökümətlə işləməyə başladı. Ancaq ailəsini bir araya toplamaq üçün artıq gec idi..”